​İstanbuldan Bakıya qanunsuz dərman gətirən şəxs Bakı aeroportunda saxlanılıb

​İstanbuldan Bakıya qanunsuz dərman gətirən şəxs Bakı aeroportunda saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
17 Avqust , 2016 11:31
​İstanbuldan Bakıya qanunsuz dərman gətirən şəxs Bakı aeroportunda saxlanılıb

Bakı. 17 avqust. REPORT.AZ/ Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar. Bu barədə “Report”a DGK-nın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşının baqajına rentgen aparatı ilə baxış zamanı monitorda dərman preparatlarının təsviri görünüb və baqaja təkrar yoxlama keçirilib.

Nəticədə, vətəndaşın çamadanında əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən xeyli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi