Hərbi Hava Qüvvələrinin komandanı “Azərbaycan bayrağı” ordenini şəhid Təbriz Musazadənin atasına təqdim edib - FOTO

Hərbi Hava Qüvvələrinin komandanı “Azərbaycan bayrağı” ordenini şəhid Təbriz Musazadənin atasına təqdim edib - FOTO Şəhid pilotun qırx mərasimi keçirilir
Hadisə
12 May , 2016 11:40
Hərbi Hava Qüvvələrinin komandanı “Azərbaycan bayrağı” ordenini şəhid Təbriz Musazadənin atasına təqdim edib - FOTO

Bakı. 12 may. REPORT.AZ/ Qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilot mayor Təbriz Musazadənin qırx mərasimi keçirilir.

“Report”un xəbərinə görə, mərasimdə Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-mayor Ramiz Tahirov, Türkiyə hərbi atteşeliyinin nümayəndəsi, Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, ictimaiyyət nümayəndələri, sadə vətəndaşlar iştirak edir.

HHQ komandanı general-mayor Ramiz Tahirov “Azərbaycan bayrağı” ordenini şəhidin atası Taryel Musazadəyə təqdim edib.

Xatırladaq ki, şəhid Təbriz Musazadə ikinci Fəxri xiyabanda dəfn edilib.

Son xəbərlər

Orphus sistemi