Həmyerlisini öldürən məcburi köçkünün apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Həmyerlisini öldürən məcburi köçkünün apellyasiya şikayəti üzrə məhkəmə başlayıb Məhkəmənin baxış iclası oktyabrın 30-na təyin edilib
Hadisə
24 Oktyabr , 2015 10:21
Həmyerlisini öldürən məcburi köçkünün apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Ağdam rayonundan məcburi köçkün olan 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən həmyerlisi - 1960-cı il təvəllüdlü Xoştərov Malik Abdulla oğlunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il Xətai rayonu ərazisində münaqişə zəminində baş verib. 

Sentyabr ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Xoştərov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi