Yuxarı

Həmyerlisini öldürən məcburi köçkünün apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

Məhkəmənin baxış iclası oktyabrın 30-na təyin edilib

Bakı. 24 oktyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Ağdam rayonundan məcburi köçkün olan 1958-ci il təvəllüdlü Zahid Əşrəf oğlu Abbasovu bıçaqlayaraq qətlə yetirməkdə təqsirləndirilən həmyerlisi - 1960-cı il təvəllüdlü Xoştərov Malik Abdulla oğlunun apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

“Report”un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 30-na təyin edilib.

Qeyd edək ki, hadisə bu il Xətai rayonu ərazisində münaqişə zəminində baş verib. 

Sentyabr ayının 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Xoştərov 13 il müddətinə azadlıqdan məhrum edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi