FHN: Xəzərin Türkmənistan sahillərində tapılan meyitin “Günəşli” yatağındakı qəzada itkin düşənlərdən biri olduğu ehtimal edilir

FHN: Xəzərin Türkmənistan sahillərində tapılan meyitin “Günəşli” yatağındakı qəzada itkin düşənlərdən biri olduğu ehtimal edilir İstintaq qrupu cəsədin tanınması və respublikaya gətirilməsi məqsədilə Türkmənistana göndəriləcək
Hadisə
30 Yanvar , 2016 12:36
FHN: Xəzərin Türkmənistan sahillərində tapılan meyitin “Günəşli” yatağındakı qəzada itkin düşənlərdən biri olduğu ehtimal edilir

Bakı. 30 yanvar. REPORT.AZ/ Xəzərin Türkmənistan sahillərində meyit tapılıb. 

"Report" Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, tapılan meyitin Azərbaycanın “Günəşli” yatağındakı 10-cu özüldə baş vermiş qəza nəticəsində itkin düşənlərdən biri olduğu ehtimal edilir. 

Bununla əlaqədar, FHN “BE-200ÇS” amfibiya tipli təyyarəsinin istintaq qrupu və “Azneft” İstehsalat Birliyinin işçiləri ilə birlikdə cəsədin tanınması və Azərbaycana gətirilməsi məqsədilə Türkmənistana göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb. 

Son xəbərlər

Orphus sistemi