FHN intihara cəhd edən şəxsi xilas edib

FHN intihara cəhd edən şəxsi xilas edib Psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib
Hadisə
29 Noyabr , 2014 01:56
FHN intihara cəhd edən şəxsi xilas edib

Bakı. 29 noyabr. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri Sabunçu rayonunda intihara cəhdlə bağlı məlumat yayıb.

"Report"un FHN-in saytına istinadən verdiyi xəbərə görə, məlumat daxil olandan sonra, dərhal nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və aidiyyəti qurumlar məlumatlandırılıb.

Əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş asma körpünün üzərinə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbətlər nəticəsində intihar etmək istəyən şəxs fikrindən daşındırılıb və təhlükəsiz əraziyə endirilərək aidiyyəti üzrə təhvil verilib.

Son xəbərlər

Orphus sistemi