​Bakıda DYP əməkdaşları 12 sürücünü saxlayıb, onlardan 3-ü avtoxuliqanlıq edib - FOTO

​Bakıda DYP əməkdaşları 12 sürücünü saxlayıb, onlardan 3-ü avtoxuliqanlıq edib - FOTO Saxlanılan şəxslərə məhkəmə qərarları ilə 5 sutkadan 30 sutkayadək inzibati həbs cəzası verilib
Hadisə
14 Mart , 2015 12:43
​Bakıda DYP əməkdaşları 12 sürücünü saxlayıb, onlardan 3-ü avtoxuliqanlıq edib - FOTO

Bakı. 14 mart. REPORT.AZ/ Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) əməkdaşları mart ayının əvvəlindən indiyədək paytaxt ərazisində avtoxuliqanlıq, sərxoş və sənədsiz avtomobil idarə edən 12 nəfəri saxlayıb. “Report”un xəbərinə görə, onlardan 3-ü avtoxuliqanlıq edib. Digər 5 nəfər avtomobili sərxoş, 4-ü isə sənədsiz idarə edənlərdir.

Saxlanılanlar arasında sərnişin avtobusunun sürücüsü də var. Belə ki, Aqil Qurbanov adlı şəxs bir aya yaxındır 142 saylı xətdə hərəkət edən avtobusu sənədsiz idarə edirmiş.

Saxlanılan şəxslərə məhkəmə qərarları ilə 5 sutkadan 30 sutkayadək inzibati həbs cəzası verilib.

Son xəbərlər

Orphus sistemi