DİN: 4 nəfər suda boğularaq ölüb

DİN: 4 nəfər suda boğularaq ölüb Faktlarla bağlı araşdırma aparılır
Hadisə
25 Avqust , 2016 11:37
DİN: 4 nəfər suda boğularaq ölüb

Bakı. 25 avqust. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyi son iki gündə ölkə çimərliklərində baş verən bədbəxt hadisələrlə bağlı məlumat yayıb.

"Report"un xəbərinə görə, məlumatda bildirilib ki, ümumilikdə 4 nəfər boğularaq ölüb.

Məlumata görə, avqustun 24-də Səbail rayonunun Şıx qəsəbəsindəki dəniz çimərliyində 20-25 yaşlı kişi və Bakı şəhər sakini Məmmədəli Tağızadə suda boğulub. Avqustun 23-də isə Quba rayon sakinləri Elmar Ömərov və Roman Nəcəfov Xaçmaz rayonunun Müqtədir kəndindəki dəniz çimərliyində boğulub.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi