​DİN: Bakıda çay evində qətl törətmiş şəxs polisə könüllü təslim olub

​DİN: Bakıda çay evində qətl törətmiş şəxs polisə könüllü təslim olub Hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi götürülüb
Hadisə
7 Mart , 2016 12:19
​DİN: Bakıda çay evində qətl törətmiş şəxs polisə könüllü təslim olub

Bakı. 7 mart. REPORT.AZ/ Nəsimi rayonunun Cavadxan küçəsində yerləşən çay evlərindən birindən Ağsu rayon sakini Murad Qubatov döş qəfəsi və sifət nahiyələrindən aldığı güllə yarası ilə xəstəxanaya gətirilib və orada ölüb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Hadisəni törətmiş onun həmyerlisi Vüqar Şirinov könüllü olaraq Ağsu Rayon Polis Şöbəsinə gedərək təslim olub. O, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşlarına təhvil verilib.

Polis əməkdaşları tərəfindən hadisədə istifadə edilmiş qundağı və lüləsi kəsilmiş “İJ-12” markalı ov tüfəngi ondan götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi