Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib Proses noyabrın 4-də davam etdiriləcək
Hadisə
28 Oktyabr , 2015 13:03
Dələduzluqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 28 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Araz Eyvazovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilməli olan şəxslərin heç biri məhkəmə iclasına gəlməyib.

Hakim Azad Məcidov cinayət işində adı keçən və şahidlər siyahısında adı olan Vüsal Cəfərov barəsində cinayət işi başlanacağını bildirib. O, həmçinin şahid Əsban Hüseynovla bağlı polisə məcburi gətirilmə haqqında etdiyi müraciətə də cavab ala bilmədiklərini deyib.

Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.

Xatırladaq ki, "Şərur-İnşaat" şirkətinin rəhbəri İsfəndiyar Axundovun qardaşı oğlu Eldəniz Axundov A.Eyvazova 2 milyon 770 min dollar nağd pul verdiyini bildirib.

Hadisə 2012-ci ildə baş verib. Məsələ ilə bağlı bir il ibtidai istintaq aparılıb. İş bir dəfə məhkəmədən geri göndərilib.

A.Eyvazov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi