Azərbaycanda son 5 ildə cəzalandırılan məhkəmə hakimlərinin sayı açıqlanıb

Azərbaycanda son 5 ildə cəzalandırılan məhkəmə hakimlərinin sayı açıqlanıb Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib
Hadisə
1 Aprel , 2016 11:32
Azərbaycanda son 5 ildə cəzalandırılan məhkəmə hakimlərinin sayı açıqlanıb

Bakı. 1 aprel. REPORT.AZ/ "Son 5 ildə Azərbaycan Məhkəmə Hüquq Şurası tərəfindən 70 hakim barəsində inzibati icraat başlanılıb".

"Report"un xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

R.Rzayev bildirib ki, həmin şəxslərin 5 nəfəri işdən kənarlaşdırılıb, 10 nəfərinin iş yeri dəyişdirilib, 2 nəfərinin vəzifəsi aşağı salınıb, 22 nəfərinə töhmət verilib, 12 hakimə irad tutulub.

R.Rzayev xatırladıb ki, Məhkəmə Hüquq Şurasının fəaliyyəti dövründə 73 hakimin səlahiyyətinə xitam verilib.

Son xəbərlər

Orphus sistemi