Bakıdakı cəzaçəkmə müəssisəsində yanğın olub

Bakıdakı cəzaçəkmə müəssisəsində yanğın olub Penitensiar Xidmətinin şəxsi heyətinə həyəcan siqnalı verilərək hazırlıq vəziyyətinə gətirilib
Hadisə
22 Sentyabr , 2014 09:35
Bakıdakı cəzaçəkmə müəssisəsində yanğın olub
Bakı. 22 sentyabr. REPORT.AZ/ Ötən gecə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin (PX)  Bakının Xətai rayonunun Əhmədli qəsəbəsində yerləşən 7 saylı cəzaçəkmə müəssisəsinin istehsalat sexində yanğın baş verib. Bu barədə “Report”a PX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Hadisə ilə bağlı dərhal Fövqəladə Hallar Nazirliyinin  (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinə (DYMX) məlumat verilib. PX-nin şəxsi heyətinə həyəcan siqnalı verilərək hazırlıq vəziyyətinə gətirilib, lazımi qüvvələr yanğın yerinə cəlb olunub. Operativ olaraq hadisə yerinə gələn DYMX-nin yanğınsöndürmə dəstələri saat 23.15 radələrində yanğının söndürülməsinə nail olublar.

Hadisə vaxtı xəsarət alan olmayıb.

Fakt üzrə PX tərəfindən xidməti araşdırma, FHN tərəfindən isə təhqiqat aparılır.

Son xəbərlər

Orphus sistemi