Bakıda oğru qardaşlar tutulub

Bakıda oğru qardaşlar tutulub Faktlarla bağlı araşdırma aparılır
Hadisə
15 Avqust , 2014 11:16
Bakıda oğru qardaşlar tutulub
Bakı. 15 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən iki qardaş polis tərəfindən saxlanılıb. Bu barədə Report-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elnur Yaqubov və qardaşı Elmir tutulub. Məlum olub ki, onlar aprelin 2-də Vüqar Mirimovun Q.Vəzirov küçəsindəki evindən 3000 manat, noutbuk və qızıl-zinət əşyaları, mayın 23-də həmin küçədə Ramil Alıyevin evindən mobil telefon, iyunun 12-nə keçən gecə isə rayon ərazisində yerləşən xəstəxanada Qurban Orucova məxsus 2 ədəd mobil telefonu oğurlayıblar.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi