“Baku Steel Company”nin anbarına maskalı silahlı şəxs basqın edib

“Baku Steel Company”nin anbarına maskalı silahlı şəxs basqın edib Faktla bağlı rayon polis idarəsi və rayon prokurorluğunda araşdırma aparılır
Hadisə
30 Oktyabr , 2015 13:49
“Baku Steel Company”nin anbarına maskalı silahlı şəxs basqın edib

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən “Baku Steel Company” MMC-nin anbarına maskalı silahlı şəxs tərəfindən basqın olub. “Report”un xəbərinə görə, gecə saatlarında anbara daxil olan şəxs silahla gözətçi polis serjantı Ceyhun Hüseynova hədə-qorxu gələrək anbarın açarlarını tələb edib.

Səs-küy yarandığından həmin maskalı şəxs havaya bir neçə dəfə atəş açaraq oradan uzaqlaşıb.

Faktla bağlı rayon polis idarəsi və rayon prokurorluğunda araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi