Yuxarı

“Baku Steel Company”nin anbarına maskalı silahlı şəxs basqın edib

Faktla bağlı rayon polis idarəsi və rayon prokurorluğunda araşdırma aparılır

Bakı. 30 oktyabr. REPORT.AZ/ Bakının Nərimanov rayonunda yerləşən “Baku Steel Company” MMC-nin anbarına maskalı silahlı şəxs tərəfindən basqın olub. “Report”un xəbərinə görə, gecə saatlarında anbara daxil olan şəxs silahla gözətçi polis serjantı Ceyhun Hüseynova hədə-qorxu gələrək anbarın açarlarını tələb edib.

Səs-küy yarandığından həmin maskalı şəxs havaya bir neçə dəfə atəş açaraq oradan uzaqlaşıb.

Faktla bağlı rayon polis idarəsi və rayon prokurorluğunda araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi