​“Baku Steel Company”də partlayış baş verib, beş nəfər yaralanıb

​“Baku Steel Company”də partlayış baş verib, beş nəfər yaralanıb Yaralılardan üçünün vəziyyəti stabil ağırdır
Hadisə
1 İyul , 2016 14:17
​“Baku Steel Company”də partlayış baş verib, beş nəfər yaralanıb

Bakı. 1 iyul. REPORT.AZ/ Bakı şəhəri, Nərimanov rayonu, Z.Bunyadov prospektində yerləşən “Baku Steel Company” zavodunda istehsalat qəzası nəticəsində partlayış baş verib.

“Report”un xəbərinə görə, partlayış nəticəsində beş nəfər xəsarət alıb.

Həmin şəxslər zavodda işləyənlər - Sumqayıt şəhər sakini 1951-ci il təvəllüdlü Ələsgər Ələsgərov, Masallı rayon sakini 1970-ci il təvəllüdlü Elsevər İbadullayev, 1971-ci il təvəllüdlü Məmməd Kərimov, Şabran rayon sakini 1959-cu il təvəllüdlü Nüsrətdin Səfərov və 1982-ci il təvəllüdlü Natiq Salmanovdur.

Yaralılar müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Ə.Ələsgərov və E.İbadullayev tibbi yardım aldıqdan sonra evə buraxılıb, digər yaralıların vəziyyəti stabil ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi