​Bakıda transformator məntəqəsinə daxil olan uşaq yanıb

​Bakıda transformator məntəqəsinə daxil olan uşaq yanıb Yaralı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib
Hadisə
13 May , 2016 15:19
​Bakıda transformator məntəqəsinə daxil olan uşaq yanıb

Bakı. 13 may. REPORT.AZ/ Bakının Xətai rayonunda faciəli hadisə baş verib.

“Report” məlumat verir ki, 2008-ci il təvəllüdlü Tunar Əliyev yaşadığı evin yaxınlığında - Süleyman Əhmədov küçəsi 6 ünvanında yerləşən üç fazalı transformator məntəqəsinə daxıl olub. Nəticədə onu elektrik cərəyanı vurub, azyaşlı hər iki əl və baş nahiyəsindən xəsarət alıb.

Yaralı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, transformator “Azərişıq” ASC-nin Xətai Rayon Enerji Satışı və Təchizatı İdarəsinin balansındadır.

Son xəbərlər

Orphus sistemi