Yuxarı

​Bakıda transformator məntəqəsinə daxil olan uşaq yanıb

Yaralı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib

Bakı. 13 may. REPORT.AZ/ Bakının Xətai rayonunda faciəli hadisə baş verib.

“Report” məlumat verir ki, 2008-ci il təvəllüdlü Tunar Əliyev yaşadığı evin yaxınlığında - Süleyman Əhmədov küçəsi 6 ünvanında yerləşən üç fazalı transformator məntəqəsinə daxıl olub. Nəticədə onu elektrik cərəyanı vurub, azyaşlı hər iki əl və baş nahiyəsindən xəsarət alıb.

Yaralı Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, transformator “Azərişıq” ASC-nin Xətai Rayon Enerji Satışı və Təchizatı İdarəsinin balansındadır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi