Bakıda qadının mənzilinə daxil olan şəxs onu döyərək qızıllarını aparıb

Bakıda qadının mənzilinə daxil olan şəxs onu döyərək qızıllarını aparıb Faktla bağlı cinayət işi başlanıb
Hadisə
29 İyul , 2016 17:03
Bakıda qadının mənzilinə daxil olan şəxs onu döyərək qızıllarını aparıb

Bakı. 29 iyul. REPORT.AZ/ Bakıda qadının yaşadığı mənzilə basqın olub.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu Şərifzadə küçəsi ev 69 ünvanında qeydə alınıb.

Həmin ünvanda naməlum şəxs qapını döyərək aldatma yolu ilə mənzilə daxil olub və 1952-ci il təvəllüdlü Tatyana Alinovanı döyərək ona xəsarət yetirib. Bundan sonra naməlum şəxs mənzildəki qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.

Kəllə-beyin travması alan T.Alinova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi