Yuxarı

Bakıda qadının mənzilinə daxil olan şəxs onu döyərək qızıllarını aparıb

Faktla bağlı cinayət işi başlanıb

Bakı. 29 iyul. REPORT.AZ/ Bakıda qadının yaşadığı mənzilə basqın olub.

“Report”un xəbərinə görə, hadisə Yasamal rayonu Şərifzadə küçəsi ev 69 ünvanında qeydə alınıb.

Həmin ünvanda naməlum şəxs qapını döyərək aldatma yolu ilə mənzilə daxil olub və 1952-ci il təvəllüdlü Tatyana Alinovanı döyərək ona xəsarət yetirib. Bundan sonra naməlum şəxs mənzildəki qızıl-zinət əşyalarını götürərək hadisə yerindən uzaqlaşıb.

Kəllə-beyin travması alan T.Alinova 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib

Faktla bağlı Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi