Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda qadının avtomobil nömrəsini oğurlayaraq öz maşınına vuran şəxs saxlanılıb. “Report”un xəbərinə görə, bu barədə
Belə ki, Xətai rayonu ərazisində Gülay Orucovaya məxsus “Hyundai” markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “VAZ 2107” markalı avtomobilin Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib və Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.