​Bakıda qadının avtomobil nömrəsini oğurlayaraq öz maşınına vuran şəxs saxlanılıb

​Bakıda qadının avtomobil nömrəsini oğurlayaraq öz maşınına vuran şəxs saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Sentyabr , 2015 13:43
​Bakıda qadının avtomobil nömrəsini oğurlayaraq öz maşınına vuran şəxs saxlanılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bakıda qadının avtomobil nömrəsini oğurlayaraq öz maşınına vuran şəxs saxlanılıb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Xətai rayonu ərazisində Gülay Orucovaya məxsus “Hyundai” markalı avtomobildən oğurlanmış dövlət qeydiyyat nişanları üzərində olan “VAZ 2107” markalı avtomobilin Mərdəkan qəsəbəsi ərazisində hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən aşkar edilib və Xəzər Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən görülmüş tədbirlərlə saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi