Bakıda Nəqliyyat Nazirliyinin iki maşını qəzaya düşüb, 3 fəhlə xəsarət alıb

Bakıda Nəqliyyat Nazirliyinin iki maşını qəzaya düşüb, 3 fəhlə xəsarət alıb Hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.
Hadisə
17 Fevral , 2015 22:38
Bakıda Nəqliyyat Nazirliyinin iki maşını qəzaya düşüb, 3 fəhlə xəsarət alıb

Baku. 17 February. REPORT.AZ/ Bakıda Nəqliyyat Nazirliyinin iki maşını qəzaya düşüb. “Report”un məlumatına görə hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

Qəza zamanı yolda təmir işləri aparılan zaman “Shacman” markalı yuk maşının idarəetməni itirilməsi nəticəsində Nəqliyyat Nazirliyi Azəryolservis ASC-yə məxsus və dayanan vəziyyətdə olan “Mitsubishi” və “Uaz” markalı avtomobillərə çırpılıb.

Qəza zamanı yol təmiri ilə məşğul olan ASC-nin 3 fəhləsi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi