Yuxarı

Bakıda Nəqliyyat Nazirliyinin iki maşını qəzaya düşüb, 3 fəhlə xəsarət alıb

Hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

Baku. 17 February. REPORT.AZ/ Bakıda Nəqliyyat Nazirliyinin iki maşını qəzaya düşüb. “Report”un məlumatına görə hadisə Nərimanov rayonu Ziya Bünyadov prospektində baş verib.

Qəza zamanı yolda təmir işləri aparılan zaman “Shacman” markalı yuk maşının idarəetməni itirilməsi nəticəsində Nəqliyyat Nazirliyi Azəryolservis ASC-yə məxsus və dayanan vəziyyətdə olan “Mitsubishi” və “Uaz” markalı avtomobillərə çırpılıb.

Qəza zamanı yol təmiri ilə məşğul olan ASC-nin 3 fəhləsi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi