Bakıda mənzildə kişi meyiti tapılıb

Bakıda mənzildə kişi meyiti tapılıb Bakı şəhərinin Nizami rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Hadisə
2 Sentyabr , 2021 13:57
Bakıda mənzildə kişi meyiti tapılıb
0 : 00
0 : 00

Bakıda mənzildə kişi meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, hadisə Nizami rayonunda qeydə alınıb.

Belə ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, qeyd olunan ünvanda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1988-ci il təvəllüdlü Babayev Cavid Əlövsət oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi