Bakıda məişət tullantıları arasından silah-sursat hissələri aşkarlanıb

Bakıda məişət tullantıları arasından silah-sursat hissələri aşkarlanıb Tapılmış əşyalar polisə təhvil verilib
Hadisə
22 Noyabr , 2014 10:32
Bakıda məişət tullantıları arasından silah-sursat hissələri aşkarlanıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Balaxanı qəsəbəsində “Təmiz Şəhər” ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda (BMTÇZ) məişət tullantılarının çeşidlənməsi zamanı silah-sursat hissələri aşkar olunub. Bu barədə “Report”a ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Tapılmış əşyalar polisə təhvil verilib. “Təmiz Şəhər” ASC-nin təhvil-təslim aktı ilə 12-ci polis bölməsinə təqdim etdiyi silah hissələrinə 161 ədəd 7.62 çaplı təlim patronu, 38 ədəd 7.62 çaplı patron, 9 ədəd 5.45 çaplı patron, 2 ədəd radioötürücü, 1 ədəd radioötürücünün cərəyan dolama cihazı, 1 komplekt hərbi durbin, 1 ədəd PDM-2 30 mm-lik mərmisi, 1 ədəd tüfəng qundağı daxildir.

Qeyd edək ki, BMTÇZ Bakı şəhərindən toplanmış bərk məişət tullantılarını növlərinə görə (metal, şüşə, plastik, kağız) ayırmaqla məşğuldur. Bu zavodda çeşidlənmiş tullantılar təkrar emal üçün hazırlanır.

Son xəbərlər

Orphus sistemi