Bakıda məişət tullantıları arasından silah-sursat tapılıb

Bakıda məişət tullantıları arasından silah-sursat tapılıb Müəssisəyə polis dəvət olunaraq silah-sursat təhvil verilib
Hadisə
14 Yanvar , 2015 09:25
Bakıda məişət tullantıları arasından silah-sursat tapılıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda məişət tullantıları arasından silah-sursat  tapılıb.

Bu barədə “Report”a “Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən bildirilib.

Təhlükəli tapıntılar ASC-nin Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodunda aşkar olunub.

Belə ki, iş prosesi zamanı işçilər məişət tullantılarını çeşidləyərkən zibil kütləsi arasında müxtəlif növ silah güllələri tapıb. Təhlükə törədə biləcək əşyalar ümumi tullantılardan ayrılıb. Müəssisəyə polis dəvət olunaraq silah-sursat  təhvil verilib.

“Təmiz Şəhər” ASC əməkdaşlarının aşkarlayaraq polisə təhvil verdiyi silah-sursata 21 ədəd 5.45 çaplı patron, 10 ədəd 7.62 çaplı patron, 1 ədəd 12.7 çaplı patron və 1 ədəd 30 mm mərmi daxildir.

Son xəbərlər

Orphus sistemi