Bakıda “Mauzer” tapançası gəzdirən şəxs saxlanılıb

Bakıda “Mauzer” tapançası gəzdirən şəxs saxlanılıb Faktla bağlı araşdırma aparılır
Hadisə
6 Yanvar , 2015 10:59
Bakıda “Mauzer” tapançası gəzdirən şəxs saxlanılıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Bakı şəhər sakini, əvvəllər məhkum olunan 1978-ci il təvəllüdlü Rəşad Hüseynovdan 0,362 qram heroin, 1 ədəd nömrəsi silinmiş 7,65 mm çaplı “Mauzer” markalı tapança və ona aid 8 ədəd patron aşkar olunaraq götürülüb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətindən bildirilib.

Əməliyyat-axtarış tədbirlərini Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 5-ci Polis Bölməsinin (PB) əməkdaşları həyata keçirib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi