Bakıda mağazaya basqın olub

Bakıda mağazaya basqın olub Qadın satıcıya hədə-qorxu gələn cinayətkarlar kassanı soyublar
Hadisə
14 Yanvar , 2015 09:44
Bakıda mağazaya basqın olub

Bakı. 14 yanvar. REPORT.AZ/ Bakıda mağazaya basqın edilib. Hüquq-mühafizə orqanlarından  "Report"a verilən məlumata görə, hadisə 8-ci kilometr qəsəbəsinin Bəhruz Nuriyev küçəsi-75 ünvanında yerləşən marketdə qeydə alınıb.

Belə ki, yanvarın 13-də axşam saatlarında marketə hücum edən iki nəfər qadın satıcıya əllərindəki bıçaqla hədə-qorxu gələrək ondan pul tələb ediblər. Kassadakı pulları götürən cinayətkarlar daha sonra mağazadan uzaqlaşıblar.

Hadisə barədə Nizami Rayon Polis İdarəsi 24-cü Polis Bölməsinə məlumat verilib. Mağazanın satıcısının izahatı alınıb. Hazırda marketə dəyən ziyanın hesablanması və cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi