Bakıda jurnalistin yaşadığı mənzil qarət olunub

Bakıda jurnalistin yaşadığı mənzil qarət olunub Faktla bağlı araşdırma aparılır
Hadisə
18 May , 2016 10:02
Bakıda jurnalistin yaşadığı mənzil qarət olunub

Bakı. 18 may. REPORT.AZ/ Jurnalist Mübariz Aslanovun yaşadığı mənzil qarət olunub.

Bu barədə “Report”a jurnalistin özü məlumat verib.

Onun sözlərinə görə, mayın 17-də kirayədə yaşadığı, Nəsimi rayonu Asif Məhərrəmov küçəsi ev 24, mənzil 11-ə açar seçmə yolu ilə daxil olan şəxs və ya şəxslər 540 manat nağd pul və təxminən 8 min manat dəyərində qızıl-zinət əşyaları oğurlayıblar.

Hadisə baş verən vaxt mənzildə heç kim olmayıb.

Hadisə barədə Daxili İşlər Nazirliyinin (DİN) “102” xidmətinə məlumat verilib. Daxil olan məlumat əsasında Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinin (PB) əməkdaşları hadisə yerinə baxış keçirib, iş üçün əhəmiyyət kəsb edən məlumatlar toplayıblar.

Faktla bağlı 19-cu PB-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi