​Bakıda iki yanaşı fərdi yaşayış evindən eyni vaxtda oğurluq edilib

​Bakıda iki yanaşı fərdi yaşayış evindən eyni vaxtda oğurluq edilib Hər iki faktla bağlı araşdırma aparılır
Hadisə
25 May , 2016 14:49
​Bakıda iki yanaşı fərdi yaşayış evindən eyni vaxtda oğurluq edilib

Bakı. 25 may. REPORT.AZ/ Bakıda qonşuluqda yaşayan iki şəxsin evindən eyni vaxtda oğurluq edilib.

“Report”un xəbərinə görə, mayın 23-də Bakıxanov qəsəbəsi L.Məmmədbəyli küçəsi, ev 21 ünvanında yaşayan 1982-ci il təvəllüdlü Anar Cəfərovun evindən pəncərəni açmaqla 6 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.

Həmin gün L.Məmmədbəyli küçəsi, ev 20 ünvanında yaşayan 1979-cu il təvəllüdlü Hamlet Avazov da polisə müraciət edərək bildirib ki, onun evindən də pəncərənin dəmir barmaqlığını sındırmaqla 700 manat, 10 000 manat dəyərində qızıl-zinət əşyaları, videokamera və mobil telefon oğurlanıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi