Bakıda çoxsaylı oğurluq edən şəxslər saxlanılıb

Bakıda çoxsaylı oğurluq edən şəxslər saxlanılıb Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb
Hadisə
16 Yanvar , 2015 13:30
Bakıda çoxsaylı oğurluq edən şəxslər saxlanılıb

Bakı. 16 yanvar. REPORT.AZ/ Bakıda çoxsaylı oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir.

Əməliyyat-axtarış tədbirlərini Kriminalistik Təhqiqatlar İdarəsi və Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi əməkdaşları həyata keçirib.

Nəticədə Bakı şəhər sakinləri Gülbahar Qasımovaya məxsus gözəllik salonundan, Elman Əsədova məxsus yardımçı otaqdan, Nargilə Bayramovaya, Səkinə Cəfərliyə məxsus apteklərdən, Kəmalə Qafarovaya məxsus mağazadan, Əli Mustafayevə və Şamxal İsmayılova məxsus avtomobillərdən pul, velosiped və məişət əşyaları oğurlamış Ağsu rayon sakinləri Əlisahib Bədəlov və Qabil Nağıyev saxlanılıb.

Saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb, istintaq davam edir.

Son xəbərlər

Orphus sistemi