Bakıda bu gecə yük avtomobili yanıb

Bakıda bu gecə yük avtomobili yanıb Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Hadisə
18 Oktyabr , 2015 10:13
Bakıda bu gecə yük avtomobili yanıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ Bakıda yük avtomobili yanıb.

“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, "QAZ" markalı yük avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın saat 01:52-də söndürülüb.

Son xəbərlər

Orphus sistemi