​Bakıda bahalı avtomobildən oğurluq edilib - FOTOLAR

​Bakıda bahalı avtomobildən oğurluq edilib - FOTOLAR Ümumilikdə zərərçəkmişə 2 min manat dəyərində ziyan vurulduğu bildirilir
Hadisə
13 Yanvar , 2015 18:01
​Bakıda bahalı avtomobildən oğurluq edilib - FOTOLAR

Bakı. 13 yanvar. REPORT.AZ/ Bakıda bahalı avtomobildən oğurluq edilib. “Report”un xəbərinə görə, hadisə rayonun Əmircan qəsəbəsi, Zülal Tağıyev küçəsində baş verib.

Belə ki, iki naməlum şəxs rayon sakini Elxan Səfərova məxsus “Range Rover Sport” markalı avtomobilə girərək maşının saxlanc yerini sındırıb oradakı mobil telefonu, sənədləri və avtomobilin müxtəlif ehtiyat hissələrini oğurlayıblar. Naməlum şəxslərin avtomobilə girdiyini isə zərərçəkmişin qonşusu görüb və bu barədə Elxan Səfərova məlumat verib. Ümumilikdə zərərçəkmişə 2 min manat dəyərində ziyan vurulduğu bildirilir.

Zərərçəkmiş faktla bağlı ərazi üzrə 31-ci Polis Bölməsinə müraciət edib. Bölmədən “Report”a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxslərin əl-barmaq və avtomobilin salonundakı qan izlərinin nümunələri götürülüb. Hazırda cinayəti törədən şəxslərin axtarışları davam edir.

Son xəbərlər

Orphus sistemi