Bakıda avtobus qucağında uşaq olan qadını vurub

Bakıda avtobus qucağında uşaq olan qadını vurub Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır
Hadisə
9 Aprel , 2016 12:24
Bakıda avtobus qucağında uşaq olan qadını vurub

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda avtobus qucağında uşaq olan qadını vurub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, aprelin 8-də saat 18 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində Bakı şəhər sakini Aslan Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə (18 saylı xətt avtobusu) yolu keçən qucağında 4-5 yaşlı qız uşağı olan 25-30 yaşlı qadını vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Son xəbərlər

Orphus sistemi