Yuxarı

Bakıda avtobus qucağında uşaq olan qadını vurub

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır

Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda avtobus qucağında uşaq olan qadını vurub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, aprelin 8-də saat 18 radələrində Yasamal rayonunun A.Şərifzadə küçəsində Bakı şəhər sakini Aslan Məmmədov idarə etdiyi “Daewoo” markalı avtomobillə (18 saylı xətt avtobusu) yolu keçən qucağında 4-5 yaşlı qız uşağı olan 25-30 yaşlı qadını vurub. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi