​Bakıda avtobus qəza törədib, yaralanan var - FOTO

​Bakıda avtobus qəza törədib, yaralanan var - FOTO Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib
Hadisə
26 Yanvar , 2015 15:32
​Bakıda avtobus qəza törədib, yaralanan var - FOTO

Bakı. 26 yanvar. REPORT.AZ/ Bakıda sərnişin daşıyan marşrut avtobusu qəza törədib. “Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda, keçmiş “Komsomol” dairəsində baş verib.

Belə ki, 49 saylı marşrut avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü xəsarət alıb. Hadisə zamanı avtobusda sərnişinlər olsa da, onlar xəsarət almayıb.

Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib. Belə ki, sürücülər bir-birinə yol verməyib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi