Azərbaycanda adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Azərbaycanda adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib
Hadisə
11 Yanvar , 2016 12:57
Azərbaycanda adam oğurluğunda təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Azərbaycanda adam oğurluğunda təqsirləndirilən Faiq Əliyev və Hüseyn Hüseynovun cinayət işi üzrə məhkəmə başlayıb.

"Report"un xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 15-nə təyin edilib.

Qeyd edək ki, hər iki şəxs Azərbaycana gələn əcnəbi vətəndaşları qanunsuz yolla başqa bir ölkəyə keçirməkdə təqsirləndirilirlər. F.Əliyev və H.Hüseynov Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə ittiham olunurlar.

Son xəbərlər

Orphus sistemi