​Bakı-Sumqayıt sürət qatarlarının hərəkəti bərpa olunub - YENİLƏNİB

​Bakı-Sumqayıt sürət qatarlarının hərəkəti bərpa olunub - YENİLƏNİB Problem elektrik kəsintisindən yaranmışdı
Hadisə
23 Fevral , 2016 09:51
​Bakı-Sumqayıt sürət qatarlarının hərəkəti bərpa olunub - YENİLƏNİB

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində yaranan problem aradan qaldırılıb. Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

N. Əzməmmədovun sözlərinə görə, yaranan problem relslərə verilən elektrikin kəsilməsi ilə əlaqədar olub:

"Problem elektrik kəsintisindən yaranıb və saat 9:00 radələrində hərəkət bərpa edilib və bu dəqiqlələrdə Sumqayıtdan gələn qatar platformaya daxil oldu".

*** 08:09

Səhər saatlarında Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində problem yaranıb.

"Report" xəbər verir ki, bu gün səhər 7:45 və 08:00 radələrində sənaye şəhərindən paytaxta doğru yola çıxmalı olan qatarlar nəzərdə tutulan vaxtda dayanacağa gəlməyib.

Hazırda minə yaxın sərnişin bilet alaraq qatar gözləyir. Sərnişinlərin bir qisminin biletdən imtina edərək dayanacağı tərk etdiyi bildirilir.

Qeyd olunur ki, qatarlar problem səbəbindən Güzdəkdə qalıb.

Son xəbərlər

Orphus sistemi