“Aztelekom” “Azerfon”u məhkəməyə verib

“Aztelekom” “Azerfon”u məhkəməyə verib İstehsalat Birliyi müqaviləyə dəyişikliklərin təsdiq edilməsi barədə tələb irəli sürüb
Hadisə
18 Sentyabr , 2015 10:51
“Aztelekom” “Azerfon”u məhkəməyə verib

Bakı. 18 sentyabr. REPORT.AZ/ Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi (İB) "Azerfon" Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un məlumatına görə, İB "Arabağlantıdan istifadə üzrə qarşılıqlı hesablaşma haqqında" müqaviləyə dəyişikliklərin təsdiq edilməsi barədə tələb irəli sürüb.

İşə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, "Aztelekom" 1992-ci ilin avqust ayında yaradılıb. "Azerfon" isə kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində "Nar Mobile" ticarət nişanı ilə başlayıb.

Son xəbərlər

Orphus sistemi