Azərbaycanın hazırki seysmik durumu açıqlanıb

Azərbaycanın hazırki seysmik durumu açıqlanıb Qurban Yetirmişli: “Şamaxıda Pirqulu yaxınlığında bir gün müddətində 150-dək xırda təkanlar qeydə alınıb”
Hadisə
27 İyul , 2016 15:49
Azərbaycanın hazırki seysmik durumu açıqlanıb

Bakı. 27 iyul. REPORT.AZ “Hazırda Azərbaycan ərazisində seysmoloji vəziyyət fon səviyyəsindədir”.

Bunu “Report”a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini (RSXM) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

O xatırladıb ki, bir neçə gün öncə Şamaxı rayonunda Pirqulu yaxınlığında aktivlik olub: “Həmin ərazidə hiss olunmayan çoxlu sayda zəif təkanlar baş verdi. Pirqulu yaxınlığında bir gün ərzində 150-dək xırda təkanlar qeydə alınıb. Həmin sahədə enerji boşalması getdi. Hazırda təkanların sayı tamam azalıb. Ərazidə iyulun 24-də gün ərzində təkan qeydə alınmayıb. Sonrakı iki gündə isə 2-3 dənə xırda hiss olunmayan təkanlar olub”.

Q.Yetirmişli həmçinin qeyd edib ki, Azərbaycanın digər ərazilərində hiss olunmayan təkanlar olur: “Amma bununla bağlı narahatlığa ehtiyac yoxdur.”

Son xəbərlər

Orphus sistemi