Azərbaycanın "İnterpol" xəttilə axtarışa verdiyi iki nəfər Pakistanda tutulub

Azərbaycanın "İnterpol" xəttilə axtarışa verdiyi iki nəfər Pakistanda tutulub Onlar sabah deportasiya ediləcək
Hadisə
14 Avqust , 2015 10:41
Azərbaycanın İnterpol xəttilə axtarışa verdiyi iki nəfər Pakistanda tutulub

Bakı. 14 avqust. REPORT.AZ/ Sabah Pakistandan 10 xarici vətəndaş deportasiya ediləcək. "Report" Pakistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Çaundri Nisar bildirib. 

Nazirin sözlərinə görə, ölkədən çıxarılacaq şəxslər arasında Azərbaycan və Özbəkistan vətəndaşları da var.

Onlardan ikisi müxtəlif cinayətlərlə bağlı Azərbaycan hökuməti tərəfindən "İnterpol" xəttilə axtarışdadır.

Qeyd edək ki, bir müddət əvvəl Pakistan DİN Qana, Nigeriya və Qırğız Respublikası vətəndaşlarını ölkədən deportasiya edib. 

Son xəbərlər

Orphus sistemi