Bakı. 4 yanvar. REPORT.AZ/ Balakən rayonunda zavodda partlayış baş verib. "Report"un məlumatına görə, hadisə bu gün saat 10:30 radələrində “Azəryem Sənaye MMC”yə məxsus zavodun ərazisində qazanxanada qeydə alınıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə nəticəsində yanğın baş verməyib. Hazırda FHN-in və digər dövlət orqanlarının mütəxəssisləri tərəfindən hadisə baş verən ərazidə müvafiq araşdırma işləri aparır. Əlavə məlumat veriləcək.