Azərbaycanda ödəniş terminalından oğurluq edən şəxs tutulub

Azərbaycanda ödəniş terminalından oğurluq edən şəxs tutulub Faktla bağlı cinayət işi açılıb istintaq aparılır
Hadisə
17 İyun , 2016 10:28
Azərbaycanda ödəniş terminalından oğurluq edən şəxs tutulub

Kürdəmir. 17 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda ödəniş terminalından oğurluq edən şəxs tutulub. "Report"un Şirvan bürosunun məlumatına görə, rayon sakini Samir Ziyad oğlu İsmayılov ona məxsus "24 saat" adlı marketdə ödəniş terminalından oğurluq edilməsi ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.
Şöbənin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1989-cu il təvəllüdlü Məhəmməd Rafiq oğlu Şəfiyev saxlanılıb. İstintaq zamanı onun ödəniş aparatından 550 manat pul oğurladığı məlum olub.

Faktla bağlı Kürdəmir RPŞ-də AR Cinayət Məcəlləsinin  177.2.3 maddəsi ilə cinayət işi açılıb istintaq aparılır. 

Son xəbərlər

Orphus sistemi