Yuxarı

Azərbaycanda ödəniş terminalından oğurluq edən şəxs tutulub

Faktla bağlı cinayət işi açılıb istintaq aparılır

Kürdəmir. 17 iyun. REPORT.AZ/ Kürdəmir rayonunda ödəniş terminalından oğurluq edən şəxs tutulub. "Report"un Şirvan bürosunun məlumatına görə, rayon sakini Samir Ziyad oğlu İsmayılov ona məxsus "24 saat" adlı marketdə ödəniş terminalından oğurluq edilməsi ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edib.
Şöbənin əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb və aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1989-cu il təvəllüdlü Məhəmməd Rafiq oğlu Şəfiyev saxlanılıb. İstintaq zamanı onun ödəniş aparatından 550 manat pul oğurladığı məlum olub.

Faktla bağlı Kürdəmir RPŞ-də AR Cinayət Məcəlləsinin  177.2.3 maddəsi ilə cinayət işi açılıb istintaq aparılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi