​Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya olunması üçün müraciət edib

​Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya olunması üçün müraciət edib İşə Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
4 Noyabr , 2015 10:21
​Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı ölkəsinə ekstradisiya olunması üçün müraciət edib

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda həbs edilən Türkiyə vətəndaşı Kocakaya Ramazan Ramazan oğlu ölkəsinə ekstradisiya olunması barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinə müraciət edib.

“Report”un xəbərinə görə, bununla bağlı idarə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verib.

Apellyasiya protestinə hakim Əmir Bayramovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Kocakaya Ramazan Azərbaycanda Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunub. O, bu il sentyabr ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində 8 il müddətinə azadlıqdan məhrum edilib. 

Son xəbərlər

Orphus sistemi