Azərbaycanda 22 yaşlı qız itkin düşüb - FOTO

Azərbaycanda 22 yaşlı qız itkin düşüb - FOTO Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur
Hadisə
28 Mart , 2016 15:22
Azərbaycanda 22 yaşlı qız itkin düşüb - FOTO

Bakı. 28 mart. REPORT.AZ/ İsmayıllı şəhər sakini, 09.05.1994-cü il təvəllüdlü Məmmədli Nigar Əkbər qızı bu il martın 7-də saat 15 radələrində yaşadığı evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Nigar Məmmədlinin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 157 santimetr, gözlərinin rəngi yaşıl, qara düz uzun saçlı, sifəti yumrudur.

Evdən çıxan zaman əynində qara rəngli qış gödəkçəsi, göy rəngli cins şalvar, ayağında isə qara çəkmə olub.

Nigar Məmmədlini görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in “102” Xidmətinə, həmçinin (050) 280-45-00, (055) 513-37-13 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə İsmayıllı Rayon Polis Şöbəsinin növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi