Azərbaycan vətəndaşı kliniki ölüm keçirmiş həmvətənini bıçaqlayıb

Azərbaycan vətəndaşı kliniki ölüm keçirmiş həmvətənini bıçaqlayıb Təcavüzkar 15 ilə qədər azadlıqdan məhrum edilə bilər
Hadisə
28 Mart , 2016 11:41
Azərbaycan vətəndaşı kliniki ölüm keçirmiş həmvətənini bıçaqlayıb

Bakı. 28 mart. REPORT.AZ/ Kamçatkada 34 yaşlı Azərbaycan vətəndaşı barəsində cinayət işi açılıb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, o, adam ölümünə səbəb olan qəsdən ağır xəsarət yetirməkdə şübhəli bilinir.

Primorski diyarı üzrə Rusiya İstintaq Komitəsinin məlumatına görə, hadisə martın 24-də Petropavlovskda olub. Belə ki, bir qrup şəxs bir neçə il əvvəl elə həmin gün kliniki ölüm keçirmiş 48 yaşlı Azərbaycan vətəndaşının "ikinci doğum günü"nü qeyd etməyə yığışıb. Yaranmış münaqişə zəmnində şübhəli şəxs səbəbkarın sinəsinə bir bıçaq zərbəsi endirib. Xəsarət alan azərbaycanlı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisənin bütün detallarının öyrənilməsinə yönəlmiş araşdırmalar aparılır. 34 yaşlı şübhəli şəxsə qarşı isə həbs qətimkan tədbiri seçilib.

Hadisəni törədən 15 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Son xəbərlər

Orphus sistemi