​Azərbaycan polisi 1,4 kq narkotik vasitəni 56 min manata satmaq istəyən şəxsi saxlayıb

​Azərbaycan polisi 1,4 kq narkotik vasitəni 56 min manata satmaq istəyən şəxsi saxlayıb Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb
Hadisə
24 May , 2016 12:21
​Azərbaycan polisi 1,4 kq narkotik vasitəni 56 min manata satmaq istəyən şəxsi saxlayıb

Bakı. 24 may. REPORT.AZ/ Zəngilan Rayon Polis Şöbəsi əməkdaşlarının Lənkəran rayonunun Göyşaban kəndində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayon sakini Kənan Mirzəzadə 1 kiloqram yüksək xassəli narkotik vasitə hesab olunan heroini 50.000, 400 qram tiryəki isə 6 min manata satmaq istəyən zaman saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Hazırda polis əməkdaşları tərəfindən K.Mirzəzadənin külli miqdarda narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi