Ağstafada minik avtomobili elektrovozla toqquşub, ər və arvadı xəsarət alıb

Ağstafada minik avtomobili elektrovozla toqquşub, ər və arvadı xəsarət alıb Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Noyabr , 2015 13:23
Ağstafada minik avtomobili elektrovozla toqquşub, ər və arvadı xəsarət alıb

Bakı. 4 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda minik avtomobili elektrovozla toqquşub.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Belə ki, Ağstafa rayonunun Tatlı kəndində qorunan keçiddə rayon sakini Bahəddin Sultanov idarə etdiyi “VAZ-21065” markalı avtomobili elektrovoza vurub. Hadisə nəticəsində xəsarət alan B.Sultanov və sərnişini, arvadı Narınc Sultanova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi